Belçikada İsrail silah şirkətinin binası yandırıldı

Belçikada Black Fire adlı anarxist qrup Liège şəhərində İsrail Aerospace Industries (IAI) şirkətinin törəmə şirkəti olan BATS-in binasını yandırıb.

Fransızdilli ictimai televiziya kanalı RTBF-in verdiyi məlumata görə, İsrail silah istehsalçısı IAI-yə məxsus Liège mərkəzli BATS şirkətinin binası qəsdən yandırma hücumu həyata keçirilib.

Hesabatda bildirilir ki, hadisə Black Fire adlı anonim qrup tərəfindən törədilib və qrup BATS-ın IAI ilə əlaqəsinə işarə edib.

Belçikanın müdafiə naziri Teo Franken X sosial media hesabında verdiyi açıqlamada cinayətkarları "ekstremistlər" adlandırıb.