ABŞ-ın Suriyadakı bazası yenidən hədəfə alındı

Suriyanın Deyr əz-Zor şəhərində işğalçı ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz obyektinə PUA hücumu həyata keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, PUA təyin olunmuş hədəfi dəqiqliklə vurub və işğalçı qüvvələrin Deyr əz-Zor şəhərindəki bazası ətrafında güclü partlayış səsi eşidilib.

Suriyada ABŞ qüvvələrinə məxsus 28 mərkəz var ki, onlardan 24-ü bazadır. Əsasən neft və təbii qaz quyularının yerləşdiyi ərazilərdə yerləşən ABŞ bazaları sionistlərin Fələstin xalqına qarşı həyata keçirdikləri soyqırımı səbəbindən müqavimət qüvvələrinin hədəfi olmaqda davam edir.