“20 Yanvar” yürüşündən sonra 5 MBH üzvü saxlanılıb

Müsəlman Birliyi Hərəkatının 5 üzvü dünən axşamdan polis idarəsindədir. Bu dəqiqəyə qədər onlardan heç bir xəbər yoxdur. Məlumatı hərəkat üzvləri verib. Belə ki, dünən bir qrup MBH üzvü xalqımızın qan yaddaşı olan “20 Yanvar” şəhidlərinin anım tədbiri olan Şəhidlər Xiyabanında yürüşdə iştirakından sonra Rasif Çıraqov, Etibar İsmayılov, İmran Məmmədli, Elçibəy Həsənli, Alik Aslanov polis idarələrinə çağırılıb. Bəzilərini hətta polis hətt öz evlərindən saxlayaraq müvafiq ərazi polis bömələrinə aparıb. MBH mətbuat katibliyi məlumatı təsdiqləyib və üzvlərin vəziyyətini diqqətdə saxladığını söyləyib.