Azərbaycan torpaqlarının işğaldan azadlığı tarixinin növbəti ildönümünü qeyd edir. 2020-ci ilin 8 noyabrı 44 günlük əzm və rəşadət dolu mübarizə, Zəfər tarixini xalqın yaddaşında əbədiləşdirdi. Bizə bu şanlı qələbəni yaşadan Azərbaycan əsgərinin fədakarlığı bir xalqın nə qədər vətənpərvər olmasına əyani nümunədir. “Torpaq suya qarışanda palçıq, qana qarışanda vətən olar” deyilən el deyimini Azərbaycanın şanlı əsgəri bir daha öz qanı ilə tarixə həkk etdi.
Müharibədə şəhid olan ordumuzun şəxsi heyətinin hər bir fərdinin ruhunu ehtiramla anır, yaralı qazilərimizə sağlıq, əsgərlərimizə isə Allahdan güc və qüvvət diləyirik. Vətən igid əsgərlərin çiyinləri üzərində yüksəklikdə və toxunulmaz olaraq qala bilər ki, bu günümüzün şanlı Zəfəri bunu tərənnüm edir.
Biz Azərbaycan xalqını Zəfər bayramı nümasibəti ilə təbrik edir, Allahdan xalqımıza təkcə torpaqlar deyil, zehni, mənəvi və hüquqi azadlıqların da əsarət zəncirini qıraraq zəfər sevinci yaşamasını diləyirik.
Bayramınız mübarək.
Zəfərin Zirvəsi