Noyabrın 11-də Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında “Əfqan Sadıqova və siyasi məhbuslara azadlıq” şürarı ilə aksiya keçirilib.
Tədbirdə avqustun 3-dən Gürcüstanda həbsdə olan Əfqan Sadıqovun ailəsi də iştirak edib. O cümlədən, iqlim aktivisti Qreta Tunberq də onlara dəstək olaraq aksiyaya qatılıb.
Onlar bu aksiya ilə Azərbaycanda start götürən COP29 sammitində insan hüquqlarının müdafiəsini də gündəmə gətirilməsini istəyiblər.
Əfqan Sadıqov Gürcüstandan Azərbaycana ekstradisiya ilə üzləşən azərbaycanlı jurnalist və redaktordur.
O, avqustun 3-dən həbsdədir və 50 günə yaxındır ki, quru aclıq aksiyası keçirir.
Yaxınlarının dediyinə görə, bu, səhhətinin ciddi şəkildə pisləşməsinə və 35 kiloqram çəki itirməsinə səbəb olub.
MeydanTV
Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında “Əfqan Sadıqova və siyasi məhbuslara azadlıq” şürarı ilə aksiya keçirilib