Nə qədər ki, Fələstin işğal altındadır, bölgədə sülh olmayacaq

İran prezidentinin strateji məsələlər üzrə müavini Zərif: “Qəbul etmək lazımdır ki, Fələstinin işğal altında olması, insanların hüquqlarına hörmət edilmədikcə və qaçqınlar öz evlərinə qayıtmadıqca bölgə sülh görməyəcək" deyib.

Bunu Məhəmməd Cavad Zərif bu gün Tehranda yüksək səviyyəli siyasi və hərbi rəsmilərin iştirakı ilə keçirilən “Nəsrullah Məktəbi Beynəlxalq Konfransı”nda çıxış zamanı deyib.

Zərifin bu konfransdakı çıxışından diqqət çəkən məqamlar:

- Seyid Həsən və digər şəhidlərin yolu işğala qarşı doğru müqavimət yoludur. Qoy bizə bu yolu yanlış göstərməsinlər. Müqavimət şəhidləri başqalarının adından deyil, onların əsas məqsədi olan işğalın qarşısını almaq üçün həlak olublar. Bu şəhidlər 1982-ci ildə İsrail Beyrutu işğal etdikdən sonra öz hərəkatlarını quran şəhidlərdir.

- Həmas, Hizbullah və İslami Cihad işğalın nəticəsidir. Bu hərəkatlar sionist rejimin Livan, Fələstini və müqavimətə son qoyduğunu və Fələstin davasını öldürdüyünü düşündüyü bir müddətdən sonra yaranıb.

- Fələstin xalqının müqavimətini başqalarına bağlamasınlar; İmam Xomeyni və İslam İnqilabının Rəhbərinin mesajları ondan ibarətdir ki, biz Fələstin xalqının yanındayıq və onlara ümid veririk. Halbuki səbəb bizim adımıza deyil, Fələstin davasıdır.

- Qəbul edilməlidir ki, Fələstin işğal altında olduğu, xalqın hüquqlarına hörmət edilmədiyi və qaçqınların evlərinə qayıtmadığı müddətcə bölgə sülh görməyəcək.

- Demokratik həll istəyirsənsə, inqilab lideri bir yol təklif etdi: Bütün insanların öz gələcəyini sərbəst şəkildə təyin edəcəyi referenduma icazə verin.