İran Fars körfəzində qeyri-qanuni yanacaq daşıyan gəmini ələ keçirib

İranın cənubundakı Hörmüzqan vilayətinin prokurorluğu Fars körfəzi sularından 600 min litr yanacaq daşıyan nəhəng qayığın ələ keçirildiyini açıqlayıb.

Qaçaqmalçılıq işi ilə bağlı 14 nəfərin həbs olunduğu bildirilən rəsmi açıqlamada bu ifadələrdən də istifadə edilib: “Məhkəmə prosesi davam edir və ələ keçirilən yanacaq qanuni prosesə uyğun olaraq İran neft şirkətinə qaytarılacaq”.

Bəyanatda bu prosesin güclü şəkildə davam edəcəyi və qaçaqmalçılıqla mübarizənin İran millətinin maraqlarına uyğun olaraq davam etdiriləcəyi bildirilib.