Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) COP29 ərəfəsində bütün siyasi məhbusların azad edilməsini tələb edir.
Bu barədə AXCP səbri Əli Kərimli facebook səhifəsində bəyanatla çıxış edib.
Kərimli həbsdə olan AXCP fəalı Niyaməddin Əhmədovun taleyindən də narahat olduğunu bildirib.
“Niyaməddin bəy bir həftə öncə həbsxanada aclıq aksiyası başlamışdı. COP 29 ərəfəsi bütün siyasi məhbusların azadlığını tələb edirdi. Rejim də Niyaməddin bəyin bu etiraz aksiyasına daha böyük qanunsuzluqla cavab verib. Niyaməddin bəyi 12 saylı cəzaçəkmə müəssisəndən harasa aparıblar. Onu ətraf aləmdən tam təcrid ediblər. Ailəsi, dostları onunla əlaqə saxlaya bilmir. Hətta hazırda sağ olub - olmadığını da dəqiq bilmirik. Azərbaycan hakimiyyətindən Niyaməddin bəyə qarşı təzyiqləri dayandırmağı tələb edirik. Niyaməddin bəyin aclıq aksiyasının tələbini hamımız müdafiə edirik. COP 29 ərəfəsi bütün siyasi məhbusların azad edilməsini tələb edirik!” o qeyd edib.
AXCP sədri hesab edir ki, hazırkı “rejim Niyaməddin Əhmədovu Tərtərdə işgəncə ilə adam öldürən qatillərdən də, büdcədən 100 milyonlarla manat mənimsəmiş korrupsionerlərdən” də sərt cəzalandırıb.
“Bu cəsur gənc əqidəsini satmadığı üçün 2019-cu ilin 19 oktyabr mitinqində məni sonadək müdafiə etməyə çalışdığı üçün şərlənərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq Niyaməddin bəy bu qəddar cəzadan sonra da, siyasi girovluqda da mübarizəsini davam etdirir”, o qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.
İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.
AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanınıb
Xatırladaq ki, çoxsaylı beynəlxalq təşkilatlar, Azərbaycanın müxalifətdə olan bir neçə siyasi partiyası, yerli hüquq müdafiəçiləri, ABŞ-ın onlarla konqresmeni və senatoru COP29 ərəfəsində Azərbaycanda haqsız yerə həbsdə olan insanların azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.
Bununla yanaşı Azərbaycan rəsmiləri bu bəynatları sərt tənqidlərlə qarşılayıb, təzyiq kimi qiymətləndirib. Ölkə rəhbərləri insanların əqidəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını biildirir.
Öz növbəsində, yerli hüquq müdafiəçilərinin son hesabtalarına görə, ölkədə 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınanların iyirmidıən çoxu jurnalistlər və media əməkdaşlarıdır.
AXCP COP29 ərəfəsində siyasi məhbusların azad edilməsini tələb edir