Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova noyabrın 6-da Tbilisdə hökumət evinin qarşısında etiraz aksiyası keçirib. O, Gürcüstan hakimiyyətini həyat yoldaşını azad etməyə çağırıb.
Sadıqova bildirib ki, həyat yoldaşı qanunsuz həbsinə etiraz əlaməti olaraq 47 gündür aclıq edir. Polis aksiyaya mane olmayıb və hökumətin bir neçə məmuru onu dinləyib.
"Mən onların diqqətinə çatdırdım ki, həyat yoldaşımın həbsi qanunsuzdur. O, Azərbaycan hökumətinin siyasi sifarişi ilə həbsdə saxlanılır. Gürcüstan polisi, prokurorluğu və məhkəməsi ölkəsinin qanunlarına riayət etmir. Gürcüstan qanunlarına əməl etsəydilər, bu hökumətdən siyasi sığınacaq istəyən jurnalistə sığınacaq verməli idilər.
Biz Gürcüstanda qalmaq istəmirik, üçüncü ölkəyə getmək istəyirik", deyə Sadıqova bildirib.
Onun sözlərinə görə, hazırda həbsxana hospitalında olan həyat yoldaşının durumu çox ağırdır.
"Əfqanın ayaq üstə durmağa taqəti yoxdur. Son analizlərinin nəticələrinə baxandan sonra həkimlər mənə dedi ki, o, hər an komaya düşə bilər", deyə S.Sadıqova bildirib.
* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.
Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.
Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb.
Turan.az
Əfqan Sadıqovun həyat yoldaşı Gürcüstan hökumət evinin qarşısında etiraz aksiyası keçirib