İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, İran İraq ərazisindən İsrailə hücum etməyi planlaşdırdığına dair iddiaları təkzib edib.
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq ərazisindən İsrailə hücum etməyi planlaşdırdığına dair iddiaları təkzib etdiyini bildirib.
Fuad Hüseyn bildirib:
“İranın heç vaxt belə bir niyyəti yoxdur. İraq ərazisindən istənilən hücum ölkəmizi aşkar hədəfə çevirəcək; Biz İraqın ABŞ və İran arasında münaqişə zonasına çevrilməsini istəmirik.
İraqın sosial, siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki kövrək vəziyyətinə toxunan iraqlı nazir ölkəsinin yeni müharibəyə girməsinin qeyri-mümkün olduğunu qeyd edib.
Fuad Hüseyn deyib:
"Cənab Baş nazir İraqdakı qruplaşmaların komandirləri ilə daim təmasdadır və onlar İraqda müharibəyə səbəb olacaq hər hansı hərəkətdən çəkinəcəklərinə söz veriblər”.
Bağdad hökumətinin icazəsi olmadan İraq hava məkanından istifadənin qadağan olduğunu vurğulayan Fuad Hüseyn bildirib:
“Bu məsələ Birləşmiş Millətlər Təşkilatına da çatdırılıb. Biz İraq ərazisi və hava məkanından qonşu ölkələrə, o cümlədən İrana hücum etmək üçün istifadə edilməsinə qarşıyıq”.
ABŞ-da yerləşən Axios xəbər saytında 2 sionist mənbəyə əsaslanan xəbərdə, İsrail kəşfiyyatının noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi yaxın günlərdə İranın İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşdığı barədə məlumat verdiyi bildirilib.
İraq Milli Təhlükəsizlik Nazirlər Şurası toplanıb. İclasda İraq ərazisinin İsrailə hücum üçün istifadə olunduğu barədə şayiələr rədd edilib.
Fuad Hüseyn: İran İraq ərazilərindən İsrailə hücum etmək üçün istifadə etməyəcək