Noyabrın 7-də Şəki Ağır Cinayətlər Məhkəməsi inanclı Nəsrəddin Nəsirova hökm oxuyub. Məhkəmə onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Məhkəmə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Nəsrəddin Nəsirovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Nəsrəddin Nəsirov 2024-cü il fevralın 19-da ölkədə kütləvi inanclıların həbsləri fonunda saxlanılıb.
Nəsrəddin Nəsirova hökm oxundu – 3 il