COP29 ərəfəsində Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbusun olduğu bildirilir
Noyabrın 8-də III Respublika Platforması (“ResPlatforma”) COP29 ərəfəsində insan hüquqlarının vəziyyətilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, 2023-cü ilin noyabrından etibarən Azərbaycanda insan hüquqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Bu dövrdə Azərbaycan hökuməti siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirib.
"Biz insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəliklərə, o cümlədən Paris Razılaşmasına istinad edərək iqlim dəyişikliyi və insan hüquqları mövzularının vəhdət təşkil etdiyini və bu baxımdan iqlim dəyişikliyinin zərərinin azaldılması siyasəti çərçivəsində insan hüquqları öhdəliklərinə riayət edilməsinin labüd olduğunu ifadə edirik", - deyə sənəddə qeyd olunub.
Mətndə vurğulanıb ki, repressiya qurbanları sırasında “ResPlatforma”nın spikeri və lideri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli də var. Onlar siyasi motivli cinayət işi üzrə 2024-cü ilin mart ayından həbsdə saxlanılırlar.
“ResPlatforma” bəyanatda toxunduğu məsələlərə əsasən COP29 iştirakçılarına - dövlətlər və onların səlahiyyətli nümayəndələrinə, mandatlarına müvafiq olaraq COP29-da iştirak edəcək beynəlxalq qeyri-hökumət təşkilatları və onların səlahiyyətli nümayəndələrinə aşağıdakı praktik tələblərə dair bir sıra çağırışlar edib:
1. COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli və müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir;
2. COP29 iştirakçıları Azərbaycanda 2023-cü ilin noyabrından intensivləşən repressiyaları və insan hüquqları vəziyyətinin pisləşməsini birmənalı və ictimai formada qınayaraq Azərbaycan hökumətindən bu repressiyaların dayandırılmasını və insan hüquqlarının vəziyyətinin pisləşməsinin nəticələrinin aradan qaldırılmasını qəti şəkildə tələb etməlidir;
3. COP29 iştirakçıları müvafiq ictimai bəyanatlarında və çıxışlarında repressiya qurbanlarının, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlinin adlarını çəkərək onların dərhal və qeyd-şərtsiz azad edilməsinə və hüquqlarının tam bərpasına dair çağırış etməlidir;
4. COP29 iştirakçıları haqsız yerə həbs edilən repressiya qurbanlarını, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlini həbs yerlərində ziyarət etməlidir;
5. СOP29 iştirakçıları Konfransın başa çatmasından sonra növbəti birillik izləmə dövründə yuxarıda qeyd edilən məsələləri qaldırmağa davam etməlidir.
Yerli hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər.
AbzasMedia
“ResPlatforma” COP29 iştirakçılarını repressiya qurbanlarını həbsxanada ziyarət etməyə çağırır