Azərbaycan COP29 iqlim sammiti ərəfəsində öz reputasiyasını "yaşıllaşdırmaq" üçün Britaniya lobbiçilərinə $4,7 milyon dollar ödəyib. Bu barədə Avstraliyada qərargahlanan "Democracy for sale" təşkilatının iPaper və SourceMaterial ilə birgə apardığı araşdırmada deyilir.
Araşdırmada deyilir ki, “Teneo” beynəlxalq konsaltinq şirkəti “avtoritar rejimi” insan hüquqlarının pozulmasında ittiham olunan neftlə zəngin Azərbaycanın “imicini yaxşılaşdırmaq” üçün yeddi aylıq müqavilə imzalayıb. Tədqiqatçılar iddia edirlər ki, Teneonun tərkibində Britaniyanın keçmiş baş naziri Boris Consonun keçmiş biznes müşaviri Aleks Hikman işləlyir, şirkətin Londondakı baş idarəedici direktoru isə Britaniyanın digər keçmiş baş naziri Toni Bleyerin keçmiş xüsusi məsləhətçilərindən biri olan Patrik Loflandır.
Sənədlərə əsasən, bu şirkətin vəzifələrinə “media təlimi”nin keçirilməsi və sammitin ev sahiblərinə “narrativlərin hazırlanması” ilə bağlı məsləhətlərin verilməsi daxildir. Kampaniyanın lideri Teneo-nun qlobal strategiya prezidenti, əvvəllər, Azərbaycanın ən böyük xarici investoru olan neft nəhəngi BP-nin baş icraçı direktoru olmuş Ceff Morrelldir.
Teneo və Azərbaycan rəsmiləri tədqiqatçılara şərh verməkdən imtina ediblər.
BMT-nin İqlim Konfransı COP29 2024-cü il noyabrın 11-də Bakıda başlayır. Azərbaycan Prezidenti İlham Əliyev bu konfransın keçirilməsinin “ölkə və xalq üçün daha bir böyük uğur” olacağını bildirib.
Lakin bir çox beynəlxalq təşkilatlar Bakıda “yaşıl gələcəy”in müzakirəsinin məqsədəuyğun olması ilə razılaşmırlar. Belə ki, Transparency International beynəlxalq antikorrupsiya təşkilatı xatırladır ki, Azərbaycan yaxın onillikdə qaz hasilatını üç dəfə artırmağı planlaşdırır ki, bu da ekoloji gündəliyə ziddir (xüsusilə də ona görə ki, əvvəlki konfransın- COP28-in Çərçivə Konvensiyasında 2050-ci ilə qədər bərpa olunan enerji və karbon neytrallığına nail olmaq üçün qalıq yanacaqlardan mərhələli şəkildə uzaqlaşmaq müzakirə olunurdu).
Hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda yüzlərlə siyasi məhbus (o cümlədən hüquq müdafiəçiləri və jurnalistlər) var və ölkə hakimiyyəti ekoloji problemlərdən danışanları təqib edir.
AmerikanınSəsi
Araşdırma: Azərbaycan COP29 iqlim sammiti ərəfəsində reputasiyasını yaxşılaşdırmaq üçün Britaniya lobbiçilərinə milyonlarla dollar ödəyib