Həzrət Zəhranın (s.ə) məclislərini zəiflətmək dinə xəyanətdir…

Böyük mərcələrdən olan Ayətullah Vəhid Xorasani Həzrət Zəhranın (s.ə) məqamı haqqında danışıb.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, böyük mərcələrdən olan Ayətullahül Üzma Vəhid Xorasani Həzrət Zəhranın (s.ə) şəhadət günlərilə bağlı çıxışında mühüm nöqtələrə toxunub.

“İslam və Xatəmənnəbinin (Məhəmməd Peyğəmbər) (ə) möhürü Seyidüş Şühədaya (Red: İmam Hüseyn (ə) Peyğəmbərin hədisinə görə, şəhidlərin seyyidi, ağasıdır) bağlı olduğu kimi, məzhəb və Əmirəlmöminin (İmam Əlinin) (ə) möhürü Siddiqeyi Kubraya bağlıdır”, -deyə Ayətullah Vəhid Xorasani bildirib.

Həzrət Zəhra (s.ə) mərasimlərinin önəminə də toxunan Ayətullah deyib: “Hər kəs Həzrət Zəhranın (s.ə) məclislərini zəiflətmək istəyərsə dinə xəyanət, İmam Əliyə (ə) qarşı cinayət etmişdir.”