Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq”, – açıqlamada deyilir.
Bundan öncə ABŞ dövlət baş katibi Entoni Blinken və USAID rəhbəri Samanta Pauer Bakıda keçiriləcək COP29-da iştirak etməyəcəyi barədə məlumat yayılmışdı.
Blinken BMT-nin bundan öncəki iqlim konfranslarında - COP 28 (Dubay) və COP 27-də (Misir) iştirak etmişdi.
BMT-nin İqlim Dəyişikliyi Konfransı Bakıda noyabrın 11-də başlayacaq və noyabrın 22-dək davam edəcək.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Bakıda keçiriləcək COP29-a gəlməyəcəyi bildirilir.