Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin şikayət ərizəsinə baxıb. Məhkəmə inanclı barəsində oktyabrın 29-da Nərimanov Rayon Məhkəməsində 206-cı maddə ilə (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və məcburi müalicə ilə bağlı çıxarılan qərardan şikayət əsasında təşkil olunub.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçən iclasda vəkil Fəxrəddin Mehdiyevin Nuruzadə barəsində əsaslı sübutların olduğunu göstərərək qərarın ləğvinə çalışıb. Lakin hakim qərarı qüvvədə saxlayaraq iclası yekunlaşdırıb. Vəkil növbəti mərhələdə Ali Məhkəməyə, əgər məsələ həllini tapmasa, Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Xatırladaq ki, Nardaran hadisələrindən sonra baş verən hadisələrin ictimayyətə çatdırılmasında fəallıq göstərən Əhsən Nuruzadə elə o günlərdən hakimiyyətin “qara siyahı”sına salınır. Təzyiq və təqibləri əhatə edən bu dönəm Tale Bağırzadə və tərəfdarlarının həbs və məhkəmə dövrlərini əhatə etdiyindən Əhsənin saxlanılması təxirə düşür. 2017-ci ildə Nuruzadə iki dəfə inzibati qaydada həbs olunub, elə həmin ilin oktyabrında isə ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilir. O, 2024-cü ilin oktyabrın 5-də həbs dövrünü başa vuraraq azadlığa çıxır.
Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
Apellyasiya məhkəməsi Əhsən Nuruzadənin hökmünü qüvvədə saxlayıb