Yəməndə insanlar Qəzza üçün küçələrə axışdı

Yəməndə minlərlə insanın iştirakı ilə sionist İsrailin hücumlarına məruz qalan Qəzza xalqı ilə həmrəylik nümayişi keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, minlərlə yəmənli Qəzza və Fələstin müqavimətini dəstəkləmək üçün Səada şəhərində küçələrə çıxaraq Yəmən qüvvələrinin Amerika və İngiltərə hərbi gəmilərinə qarşı əməliyyatlarına dəstək verib.

Rast News-a görə, bu yürüş “Qəzzaya dəstək olaraq hücumlarımızı artırırıq” şüarı ilə təşkil edilib.

Yürüş iştirakçıları bəyanatlarında vurğulayıblar ki, Yəmən xalqının Qəzzəyə dəstək fəaliyyətləri bütün mübarək Ramazan ayı boyunca müharibə bitənə və mühasirə götürülənə qədər davam edəcək.

Yürüş iştirakçıları bəyanatlarında bu sözləri deyiblər:

“Ramazan cihad ayıdır. Fələstin xalqına və onlara dəstək olmaq üçün Yəməndən tutmuş Livan və İraqa kimi bütün cəbhələrdə sionist düşmənə qarşı xüsusi əməliyyatların artırılmasını yüksək qiymətləndiririk”.

Yürüş iştirakçıları ABŞ və sionist düşmənin humanitar yardımlardan istifadə edərək, Fələstin xalqını məhv etmək planları barədə xəbərdarlıq edib və bəzi dövlət başçılarının sionist rejim və ABŞ-ın Fələstin xalqına qarşı törətdiyi vəhşi cinayətlərə qarşı humanitar mövqeyini yüksək qiymətləndiriblər.

Yürüş iştirakçıları həmçinin Yəmən silahlı qüvvələrinin Qəzzaya dəstək məqsədilə İsrail gəmiləri və Amerika və İngiltərə hərbi gəmilərinə qarşı əməliyyatlarına dəstək veriblər.

Səada yürüşünün iştirakçıları tərəfindən bu bəyanatlar səsləndirilib:

"Ramazan ayının gəlişi ilə Amerika və İsrail mallarına və onlara bağlı şirkətlərə qarşı hərtərəfli boykot silahından istifadə etmək istəyirik".