Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edib.
Yaqublu son söz hüququndan istifadə edərək məhkəmədə çıxış edib. Ancaq iki saatdan çox davam edən iclasda Yaqublu çıxışını başa çatdıra bilməyib. Çünki onun çıxışı 130 səhifədən ibarət olub.
Proses təyin olunan vaxta bir saat qalmış məhkəmə binasının yaxınlığına xeyli canlı polis qüvvəsi, polis maşınları və avtobusları yerləşdirilib. Məhkəməni izləməyə siyasətçilər, xarici səfirlik nümayəndələri, ailə üzvləri, Milli Şuranın üzvləri, xeyli sayda müsavatçı və cəbhəçi gəlib. Saat 15.00-a təyin olunmuş məhkəmə iclası təqribən 50 dəqiqə gecikmə ilə başlayıb. Məhkəmənin keçirilməsi üçün ən kiçik zal ayrılıb. Buna görə də gələnlərin böyük hissəsi məhkəmə binasının qarşısında gözləməli olub.
“Siyasi fəaliyyətimi məhdudlaşdırmaq üçün “torbatikmə əməliyyatı” keçiriblər”
Məhkəmə iclası başlayan kimi hakim Elnur Nuriyev son söz çıxışı üçün Tofiq Yaqubluya müraciət edib. Yaqublu son söz çıxışına barəsindəki cinayət işini “torbatikmə əməliyyatı” adlandırmaqla başlayıb. Bildirib ki, siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün ona “torba tikilib”.
“Məni şərləyib həbs etmək tapşırığı almış müstəntiq, polis polkovnik-leytenantı Abdulla Cəlilli bu cinayət işində ancaq bağça uşağının fantaziyasının çatacağı səviyyədə səfeh və gülünc bir cinayət senarisi yazıb. O, bunun üçün polisin ştatlı üzəduranları - Elnur Məmmədovla Eşlən Hüseynov arasında bir saxta “Whatsapp” dialoqu təşkil edib və onları özünün verdiyi tezis və mövzularda danışdırıb. Sonra da həmin danışığa əsasən gətirib bizim evə - yatdığım döşəyin altına müəyyən məbləğdə pul qoyub, sonra da onu “tapıb”. Bundan sonra Elşən Hüseynovun arvadı Sədaqət Hüseynovadan və onun dostu Amil Dadaşovdan mətnini özü yazdığı ifadələri də alıb işə tikib”, - Yaqublu çıxışında bunları deyib.
“Bütün ittihanmlar havadan götürülüb”
Yaqublu bildirib ki, bütün ittihamlar havadan götürülüb və bütün bunlar onun müxalifətçi siyasətçi olmağı ilə bağlıdır: “Məqsədləri çox aydın və sadədir. Mən siyasi fəaliyyətimdən əl çəkməliyəm və bu oğru, dələduz, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmalıyam. Dayandırmayacam! Onsuz da siyasi partiyalar, QHT-lər, KİV-lər və s. haqqındakı qanunlarınız dünyada qəbul edilmiş demokratik standartlara uyğun deyil, üstəlik də AŞPA-nın Venesiya Komissiyasından mənfi rəy alıb. Amma bütün bunlar belə mürtəce qanunları qəbul etmənizə mane olmayıb. Elə isə siyasətlə və müxalifətçiliklə məşğul olmağın qadağan edilməsi haqda da qanun qəbul edin və bununla da hər şey bitsin. Bununla da bütün qanunsuzluqlara və haqsızlıqlara son qoyulsun. Bundan sonra bizləri tutanda, daha saxtakarlıq edib cibimizdən silah, narkotik, evimizdən pullar, avtomobillərimizdən qadağan edilmiş ədəbiyyat və s. “tapmağa” ehtiyac qalmayacaq. “Küçədə ünvansız söyüş söydüyümüz”, “polisə müqavimət göstərdiyimiz”, “ictimai yerdə xuliqanlıq etdiyimiz” və s. görə həbs etməli olmayacaqsınız və bununla da sifətinizi qoruyacaqsınız. Baxın, bu illər ərzində təkcə mənə qarşı qaldırılmış cinayət və inzibati hüquqpozma ittihamlarını “sübut” etmək üçün bu hakimiyyət yüzlərlə Azərbaycan vətəndaşını hakim, prokuror, müstəntiq, zərərçəkmiş və şahid qismində hüquqi baxımdan cinayətkara , mənəviyyat baxımından isə şərəfsizə və fahişəyə çevirib. O cümlədən “Azərbaycanda siyasi məhbus yoxdur və məhkəmə müstəqildir” deyən hər kəsi. Onsuz da sizin ittihamlara və hökmlərə nə ölkədə, nə də dünyada heç kim inanmır”.
Saat 18.00-da hakim iş vaxtının başa çatdığını səbəb gətirərək Tofiq Yaqublunun çıxışını yarımçıq saxlayıb və bildirib ki, növbəti məhkəmə iclası martın 12-nə keçiriləcək.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı Yaqubluya 10 illik həbs cəzası istəmişdi.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi qaldırılmışdı.
Yaqubluya verilən ittihama görə o, Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün Elnur Məmmədovun (digər təqsirləndirilən şəxsdir) vasitəsiylə ondan 25 min avro, 10 min manat pul alıb. Ancaq 10 ay davam edən məhkəmədə şahid dindirmələri, vəkillərin vəsatətləri əsasında aidiyyəti qurumlardan alınan anten məıumatlar və digər dəlillərlə üzə çıxıb ki, pulun alındığı iddia olunan tarix və saatlarda Tofiq Yaqublu və Elnur Məmmədov başqa-başqa ünvanlarda olublar. Evindən götürülən pulu isə evə polislər özləri qoyub.
İstintaq orqanının zərərçəkmiş qismində tanıdığı Elşən Hüseynov nə özü, nə də nümayəndəsi məhkəmə iclaslarında iştirak etməyib.
Tofiq Yaqublu əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
ToplumTV
Tofiq Yaqublu: Məqsədləri sadədir – siyasi fəaliyyətimdən əl çəkməyimi istəyirlər