Yəhudi köçkünlər yenidən Əl-Əqsa məscidinə basqın ediblər

Sionist rejim qüvvələrinin himayəsində olan bir qrup fanatik yəhudi mühacirlər işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada, bir qrup yəhudinin səhər saatlarında Məscidül-Əqsanın şərq hissəsində yerləşən Rəhmət Qapısı Məscidinə basqın təşkil etdiyi bildirilib. Rəhmət Qapısı məscidində elektrik qurğusunun sionist qüvvələr tərəfindən söküldüyü bildirilən bəyanatda bu ifadələr yer alıb: “Sionist rejim polisinin Məscidül-Əqsa və xüsusilə də Rəhmət Qapısı məscidinə qarşı pozuntuları və hücumları Allahın izni ilə məqsədlərinə çatmaz”.

Yəhudi köçkünlər sonuncu dəfə aprelin 10-da Məscidül-Əqsaya basqın etmişdilər.