Qonşu ölkənin ən böyük Qurani-Kərim nüsxəsi

Türkiyədə “ölkənin ən böyük” Qurani-Kərim nüsxəsi təqdim edilib.

Onun uzunluğu 98 sm, eni 71 sm, qalınlığı isə 9 sm-dir.

Həmin nüsxənin çəkisi isə təxminən 70 kq-dir.

Sözügüdən Quran nümunəsi həm də “ölkənin ən böyük kitabı”dır.

Onun hazırlanma prosesinin təxminən 4 ay çəkdiyi qeyd edilib.

Mətbəədən bildirilib ki, məqsəd müqəddəs Qurani-Kərimə olan diqqəti daha da artırmaq, onun divardan asılmaq üçün, nazil olan ilk ayədə də deyildiyi kimi, onun oxunmaq üçün göndərildiyi mesajını çatdırmaqdır.

“Oxumağa diqqət çəkmək üçün divardan asıla bilməyəcək çəkidə və ölçüdə böyük bir Qurani-Kərim (nüsxəsi) hazırladıq”, – deyə əlavə edilib.