Vəkil karserdə olan Tale Bağırzadə ilə görüşüb

Mayın 5-də vəkili Fəxrəddin Mehdiyev 12 saylı cəzaçəkmə müəsisəsində karserdə olan Hacı Tale Bağırzadə ilə görüşüb. Vəkilin verdiyi məlumata görə Hacı Tale artıq üç gündür ki, karserdədir. “ Tale Bağırzadə karserə iyunun 2-də salınıb. Buna səbəb hər gün iki dəfə saya düzülən məhbuslarla bağlı olub. Belə ki, say işlərini aparan müəsisə işçisinin dəyişdirilməsi problemə yol açıb. Havaların isinməsi və məhbusların günəş altında uzun saat sürən sayımına Tale Bağırzadə etiraz edib. Bildirib ki, yeni adları oxuyan işçinin çox çətin adları səsləndirməsi bu işi uzun bir zamana çevirir. Bu isə məhbuslara işgəncədir. Ya bu iş bir neçə istiqamətdən sürətləndirilsin, ya da dustaqları üstü bağlı bir yerdə say üçün toplasınlar. Bu sözlərdən sonra Hacı Tale sıranı tərk edib. Bu isə onun 5 günlük karser cəzası alması ilə nəticələnib. “
Vəkili Tale Bağırzadənin müəsisədəki vəziyyətlə bağlı etirazını da səsləndirib. Belə ki, günün az saatlarında suyun verilməsi, verilən qidaların olduqca bərbad olması həbsxana problemləri sırasındadır. Zatən çətin durumda olan məhuslar üçün daxili problem onsuzda ağır olan həyatlarını keçilməz edib.
Azərbaycanda cəzaçəkmə müəsisələrindəki vəziyyət uzun zamandır ki, beynəlxalq təşkilatların da tənqid hədəfindədir. Lakin zaman ötdükcə vəziyyət düzəlmək əvəzinə daha bərbad hal alır.