Vicdan mühakiməsi: Fələstin yoxsa İsrail?

Dünyada İsrail-Fələstin müharibəsi 40-cı gününə qədəm qoyunca anti-İsrail dalğası öz tarixi ritminə görə ilk dəfə olaraq aksiyalarla insanlığı silkələdi. Dinindən, irqindən, hətta mənsub olduğu dövlətin siyasi maraqlarının əksinə olaraq İsrail siyasətini tənqid hədəfinə tutan milyonlar qəsbkar sionizmin qətliamını pislədi. Bunun nəticəsi olaraq bəzi ölkələr hətta İsraillə diplomatik əlaqələrini kəsərkən, bəzi ölkələr bu münasibətlərə növbəti dəfə baxmaq üçün səfirlərini geri çağırdı.
Azərbaycan dövləti bu sırada qəribə də olsa neytrallığa üstünlük verdi. Hansı ki, işğaldan əziyyət çəkən ölkə kimi biz, bu hadisədə birmənalı İsraili tənqid hədəfinə tutmalı idik. Lakin görünür, qətiyyətli qərar üçün siyasi səbəblər birmənalı addım üçün yetərli olmadı. Əlbəttə, buna, təkcə İsraillə iqtisadi münasibətlərin mane olması da ağlabatan deyildi. Hər halı ilə əhatəsində olduğumuz İran, Türkiyə, Rusiya kimi böyük dövlətlərdən fərqli olaraq Azərbaycan birmənalı fikir nümayiş etdirmədi. Burada dövlətin nisbətdə böyük olmaması da səbəblər sırasında yer ala bilər.
Bu mövqe hakimiyyətə yaxın, özünü haqq söz sahibi olaraq göstərən siyasətçilərdən media mənsublarına qədər böyük əksəriyyətini çətin durumda buraxdı. Bəziləri fikir və düşüncə sərhədlərini Fələstin-İsrail müharibəsində “İslam və Demokratiya” qarşıdurması kimi qiymətləndirib İsrailin yanında olmağı seçdi. Bu məntiq “Amerika kimin yanıındadırsa demək demokratiya da onun yanındadır” kimi bəsit yanaşmanın gəldiyi qənaət olaraq da icra olunurdu. Bəzilərinin bu istiqamətdə maliyyə resusları, bəzilərinin hakimiyyət yanında birlik və bərabərlik arzuları, bəzilərinin İrana nifrəti (İran Fələstinin yanındadırsa mən İsrail tərəfdəyəm deyə ifrat nifrət amili) bu məsələdə mövqe seçminə səbəb oldu.
Hadisədə digər az əhəmiyyət daşımayan səbələr də mövcuddur. Nəticə isə belədir; Onlar İsrailə dəstək nümayiş etdirdilər. Şübhəsiz, hakimiyyətin siyasəti kimi onlar bitərəfliyi qoruya bilməzdilər. Eyni halda ədalət pəncərəsinə dikilən nəzərlər on mini ötən Fələstin vətəndaşlarının, dinc əhalinin ölümünə səbəb qoymaqla onlar, öz əməllərinə haqlılıq donu geydirməyə də məcburdurlar. Ona görə də ilk səbəb olaraq çox müzakirə olunan “Fələstinin Erməni soyqırımını dəstəkləməsi”, “Erməni katoliki ilə isti qucaqlaşma” göstərilirdi ki, bu da məlumatsız, həssas təbəqə üçün yetərli nifrət amili sayıla bilərdi. Hətta bunun üçün foto və videolar da nümayiş olundu ki, orada, ərəbcə söylənən mətində mövzu tam əksini söyləyirdi. Lakin həqiqət elə həqiqətdir; Fələstin Erməni soyqrımını tanımır, bundan əlavə Ermənistanı qarşılıqlı olaraq dövlət kimi qəbul da etmir. Bu səbəb digər uydurulan bütün yalanlar üzərindən çarpaz xətt çəkir. Mediada çox danışılan dini geyimli şəxs isə Vatikanın nümayəndəsi olaraq Fələstin başçısı ilə görüşərək paylaşılıb. Azərbaycan haqqında Fələstin başçısının geniş, müsbət fikirləri üçün isə 2010-2013-cü illəri əhatə edən bir neçə iki ölkə başçıları arasında baş tutan görüşləri istənilən şəxs axtariş portallarından yazıb izləyə bilər və anlayar ki, bu oyunda uydurulan yalanlar əslində tam əksdir.
İndi seçim vicdanındır. Əgər, həqiqətən də vicdan maraqlar və əsarət zəncirində, şərəf hərrac bazarında satılmayıbsa mövqe birmənalı görünən hadisənin həqiqətinə dəyər verməyi bacaracaq.
Bu gün dünyanın Fələstin adlı dəhşəti, Qəzza rəngli fəlakəti var. Bu cinayətin minlərlə günahsız körpə və qadınları, ən zəruri təbii ehtiyaclardan məhrum olan yaralıları, eyni halda heç bir qanun tanımayan, onları əzməkdə davam edən İsrail adlı bir cinayətkar rejim var. Eyni zamanda bunu seyr edib, həqiqətləri gördüyü halda ona susqun qalanlar da ...
 
Müsəlman Birliyi Hərəkatı