Vəhdət bayramımız mübarək olsun!

Aləmlərin rəhmət nurunun, maddi dünyanın qaranlıq səmasını yararaq bəşəriyyətə, insanlığa gəlişi yaradılış aləminin tam nuraniyyət tablosuna son nöqtəsini qoydu – Həzrət Muhəmmədin doğulşu ilə!..
İnsanlığın həqiqət ruhu pərakəndəlikdən, qarışıq inam və inanclardan qopacağı bir çağrışla, ilahi paklığa dəvətlə onu bir tama çevirdi Rəsulallah. O, düşüncələrdə maddiləşən, hər şeyi həqiqi hədəfindən alıb yalnız bugünün sevincində kiçilən insanı böyük, sonsuz, ölümsüz bir aliliyə qaldırmaqla əbədi xöşbəxtlik şərbətini içirə bildi.
Yalançı ideoloji məktəblərin onun üzərinə kölgə salmağa çalışdığı, nasionalizm, sosializm, kapitalizm və sair “izm”lərə bircə İslam nəzərini yönətməklə onların həqiqət müqabilində acizlik pərdələrini yırtan bir nuranilik gətirdi öz mövludu ilə bu dünyaya. Elə bir alilik ki, əzilən insanlığın ruhunda rəhmət, cismində birlik və bərabərlik nümunəsi oldu.
Bu günlər vəhdət həftəsi, İslam dünyası və insanlıq çağırışında birlik günləri o ali simanın varlığında vəhdət çağrışı ilə bir daha ümmətə mövludunun qeyd edilməsilə rəhmət nəzərini yönətdi. Müsəlmanların vahid bir ümmət olub, güc tapması, izzət tapması, söz sahibi olması üçün...
Bir zamalar dağınıq dünyaya təcəlli edib onu bir ümmət olaraq vahid hədəf üzərində birləşdirən Peyğəmbərin (s) bu çağırışına, beyətinə öz ümmətini növbəti dəfə səsləmək üçün xatırlanacaq mövlud günü həqiqətən çox mübarək bir gündür. Bu günün ecazkarlığı Peyğəmbər əsrində olduğu kimi, İslama qarşı dağıdıcı düşmənlik fəaliyyətlərinin səngimədiyi günümüzdə də İslam ümmətini vahid bir çətir altında birləşdirmək əzmində olmasıdır.
Dəyərli ümmət! Vəhdət həftəsi, İslam peyğəmbəri həzrət Muhəmmədin (s) mövludu münasibəti ilə sizləri təbrik edir, Allahdan vəhdət günlərinin həqiqətində ümməti VAHİD BİR ÜMMƏT nurunda möhkəm bir qalaya, üzərində Həzrət Mehdinin (ə.f.) bayrağı dalğalanacağı bir zirvəyə yüksəlməyi diləyirik.
Vəhdət bayramımız mübarək olsun!
Müsəlman Birliyi Hərəkatı.
11.10.2022.