ABŞ "AbzasMedia"nın jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, həmçinin ictimai fəal Məhəmməd Kekalovun həbsinə reaksiya verib.
Operativtv.com Toplum TV-yə informasiya agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın bu həbslərdən "dərindən narahat olduğunu" bildirib.
“Ülvi Həsənlinin, həmçinin onun həbsdə olarkən fiziki zorakılığa məruz qalmasından; Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Məhəmməd Kekalovun həbsi ilə bağlı xəbərlərdən dərindən narahatıq. Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”, - Miller bildirib.
Noyabrın 21-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, nəşrin baş redaktoru Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) maddəsi ilə ittiham olunurlar.
Bu gün həmçinin Məhəmməd Kekalova qarşı cinayət işinin açıldığı məlum olub. Amma DİN ona qarşı irəli sürülən maddəni açıqlamayıb.
Vaşinqton jurnalistlərin və ictimai fəalın həbsinə reaksiya verib