Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımın həcmi 42 min tona çatıb.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Qəzzaya ən çox yardım edən ikinci ölkə olan Türkiyə ümumi yardımın 23%-ni təmin edir: “Bundan əlavə, ölkəmiz tərəfindən hər həftə Misirdən Qəzzaya ortalama 127 ton içməli su çatdırılır. Türkiyədə 400-dən çox qəzzalı xəstə və yaralının müalicəsi davam edir. Türkiyə hər zaman qəzzalı və fələstinli qardaşlarımızın yanında olacaq”.

 

 

APA