Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli və akademik Qubad İbadoğluna zəruri tibbi yardımın təmin edilməsinə, fəallara və jurnalistlərə qarşı qondarma ittihamlara xitam verilməsinə çağırıb.
“Mən yenidən hakimiyyəti cənab Məmmədli və İbadoğluna, eləcə də fəaliyyətlərinə görə həbsdə olan digər hüquq müdafiəçilərinə, jurnalistlərə, alimlərə, vətəndaş cəmiyyəti və siyasi fəallara qarşı bütün qondarma ittihamlara xitam verməyə və onları gecikmədən azad etməyə çağırıram”, Liz Kristoffersen deyib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri, AŞPA-nın Vatslav Havel mükafatı laureatı Anar Məmmədli aprelin 29-da mülkigeyimli polis əməkdaşları tərəfindən saxlanılıb və növbəti gün barəsində “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Norveçli deputat noyabrın 15-də yaydığı bəyanatında Anar Məmmədlinin 30 apreldən bəri davam edən və “insan haqları fəaliyyəti ilə bağlı olduğu güman edilən” həbsi ilə bağlı narahatlığını yeniləyib.
AŞPA məruzəçisi qeyd edib ki, o vaxtdan bəri Məmmədlinin həbs müddəti uzadılıb və təqsirli bilinərsə, səkkiz ilə qədər həbs cəzası ilə üzləşə bilər.
“Cənab Məmmədlinin səhhəti həbs olunduqdan sonra ciddi şəkildə pisləşib. Onun təcili olaraq müvafiq tibbi müayinədən keçməsinə ehtiyacı olsa da, indiyədək bundan imtina edilib. Səhhətindəki problemlər həll olunmazsa, fiziki və psixi sağlamlığına düzəlməz təsirləri ola bilər. Ona görə də mən hakimiyyəti cənab Məmmədlinin dərhal və keyfiyyətli tibbi müayinədən keçirilməsini və müvafiq müalicənin göstərilməsini təmin etməyə çağırıram”, Kristoffersen vurğulayıb.
AŞPA məruzəçisi həmçinin akademik, anti-korrupsiya eksperti Qubad İbadoğlunun səhhəti ilə bağlı narahatlıq ifadə edib və ona qarşı səyahət qadağasının aradan qaldırılmasına çağırıb.
“Doktor İbadoğlu həbsdə olduğu müddətdə daha da ağırlaşan və təcili ürək əməliyyatı tələb edən ağır kardioloji xəstəlikdən əziyyət çəkirdi və bu əməliyyatı indi ancaq xarici həkimlər edə bilər. Buna görə də hakimiyyətə Doktor İbadoğlunu müvafiq müalicə almaq üçün xaricə getməyə və ya bu müalicəni təmin etmək üçün xarici tibb həkimlərinin ölkəyə daxil olmasına icazə verməyə çağırıram”, bəyanatda qeyd edilir.
2023-cü ilin iyulun 23-də saxlanılan Qubad İbadoğlu, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu deyib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
İbadoğlu Avropa Parlamentinin bu ilki Saxarov Düşüncə Azadlığı mükafatına namizədlərdən biri olub. Ona qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə dair bugünədək çoxsaylı beynəlxalq çağırışlar edilib.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları bir qayda olaraq qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.
Rəsmi Bakı daha əvvəl jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Amerikanın Səsi
AŞPA məruzəçisi Anar Məmmədli və Qubad İbadoğluna tibbi yardımın təmin edilməsinə çağırır