Meclis.info platformasının təsisçisi İmran Əliyev üç gündür aclıq aksiyasına başlayıb. Bu haqda o, ictimaiyyətə ünvanladığı məktubda yazır.
İ.Əliyev həbs edildiyi zaman və həbs müddətində bir çox fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib.
“Bu müddət ərzində atamda xərçəng xəstəliyinin aşkarlandığını öyrəndim. Bu mənə əsas zərbələrdən biri oldu. Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv olunması və mənim azadlığımın təmin olunmasıdır”, meclis.info-nun təsisçisi yazır.
İmran Əliyev 7 aydır qanunsuz olaraq həbsdə saxlanıldığını, saxta ittihamla bağlı hakimlərin heç bir sübut göstərmədən, ehtimallar üzərindən qərar verdiklərini bildirir.
O, təsisçisi olduğu meclis.info haqqında da yazıb. İ.Əliyev həmin platformanın 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başladığını, başlıca məqsədinin vətəndaşlarla deputatlar arasında körpü qurmaq və ictimai nəzarət mexanizmi yaratmaq olduğunu bildirib.
Əliyevin sözlərinə görə, 2022-2023-cü illərdə təzyiqlər nəticəsində saytın əsas fəaliyyətini donduraraq onlayn maarifçilik və bilgiləndirmə ilə məğul olmağa başlayıb.
“İctimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında Prezident vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər”, meclis.info-nun təsisçisi yazır.
İmran Əliyev bu il aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılıb. O, polis bölməsində işgəncələrə məruz qaldığını, bədəninə elektrik cərəyanı verildiyini bildirib.
Öncə ona “AbzasMedia işi” ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Daha sonra onun işi “AbzasMedia işi”ndən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.
O, ittihamla razılaşmır, siyasi sifariş əsasında saxlanıldığını bəyan edir.
ToplumTV
3 gündür aclıq etdiyi deyilən İmran Əliyev: “Tələbim saxta cinayət ittihamının ləğv edilməsidir”