Noyabrın 11 də cəza çəkdiyi 15 saylı müəssisədə infarkt keçirən Seyfəddin Şirvanovun müalicəsi Penitensiar Xidmətin Müalicə Mərkəzində davam edir. Ailəsinin bildirdiyinə görə ilahiyyatçının səhhətində ciddi dəyişiklik baş verməsə də, müalicələr davam edir.
S. Şirvanov səhhətində halsızlıq və nəfəs darlığı hiss edən kimi, noyabrın 11 də cəza çəkdiyi müəssisənin tibb nümayəndəliyinə müraciət edib. Oranın tibbi personalı kardioqrammadan sonra onun səhhətində ciddi peoblem olmadığını bildiriblər. Lakin bir gün sonra səhhəti pisləşən siyasi məhbusu məcburi Penitensiar Xidmətin Müalicə Mərkəzinə, oradan isə səhhətinin gərgin olması səbəbindən özəl klinikalardan birinə köçürülüblər.
Burada infarkt diaqnozu təsdiqləndikdən sonra Şirvanovun ürəyi anju olunur, ürəyinə stent qoyulur. Hal-hazırda o, Penitensiarın Müalicə Mərkəzində həkim nəzarəti altındadır. Noyabrın 17-də yanında olan anası Gülsabah Şirvanova bildirib ki, oğlunun durumu ağır və ciddi olaraq qalmaqdadır.
Seyfəddin Şirvanovun səhhətindəki ciddi problemlər həbsinin ilkin dövrlərindən başlayıb. Saxlanıldığı zaman aldıgı zərbələr, işgəncələr nəticəsində kəllə sümüyünün əzilməsi onda arzulanmaz şiş əmələ gətirir. Məhdud baş ağrıları ilə başlanan narahatlıqlar sonradan dözülməz ağrılarla əvəzlənir. Müalicə Mərkəzinə köçürülən inanclı burada neyrocərrahın müayinəsində olur və ona dəfələrlə müalicə yazılır. Lakin vəziyyətdə ciddi heç bir şey dəyişmir.
Qızılxaç təşkilatından gələn nevrocərrahın müayinəsi isə onun təcili tamaqrafiya (MRT) olunaraq xüsusi texnoloji imkanları olan xəstəxanalardan birində müalicəsinin davamı barədə rəy və israrına baxmayaraq Penitensiar xidmət ağrıkəsicilərin gücləndirilməsi ilə məhdudlaşaraq bu təklifə məhəl qoymayıb. İnfakt keçirən günə qədər o, ağrıkəsicilərin köməyi ilə baş ağrılarını tənzimləyə bilirdisə, hazırkı şəraiti bu problemin üzərinə daha birini də əlavə edib.
Həbsxana şəraiti Seyfəddin Şirvanovun lazımı müalicə alması üçün əlverişli deyil