Misir və Rusiya: Qəzza və Livanda atəşkəs təmin edilməlidir

Misir və Rusiyanın xarici işlər nazirləri İsrail rejiminin hücumu altında olan Qəzza zolağı və Livanda atəşkəs rejiminin yaradılmasının zəruriliyini vurğulayıblar.

Misirin xarici işlər naziri Bədr Əbdüləti və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) forum çərçivəsində görüşüblər.

Misir Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Əbdüləti və Lavrovun sionist rejimin Qəzza zolağı və Livanda həyata keçirdiyi hücumları müzakirə etdiyi bildirilib. Lavrov və Abdulati Qəzza və Livanda dərhal atəşkəs və humanitar yardımın qeyd-şərtsiz çatdırılmasının zəruriliyi barədə razılığa gəliblər.