İsrail prezidenti Azərbaycana niyə gəlmədi?

İsrail prezidenti İsaak Hersoqun Azərbaycana səfərinin ləğvinin əsl səbəbləri ortaya çıxıb.

Bu barədə Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbədən öyrənib. Məlum olub ki, Hersoqun Azərbaycana gəlişinin ləğvinin səbəbi heç də bəzi xarici medianın qeyd etdiyi kimi, təhlükəsizlik məsələsi deyil.Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir. Əldə olunan məlumata əsasən, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb.