Siyasi məhbusu sürüyərək telefon otağından çıxarıblar

“Siyasi məhbus Fazil Qasımovu telefon otağından zorakılıqla çıxarıblar, sürüyə-sürüyə kameraya aparıblar, əynindəki paltarları cırıblar”.
Bu haqda hüquq müdafiəçisi Rüfət Səfərov Facebook hesabında yazıb. Onun sözlərinə görə, buna səbəb Fazil Qasımovun yaxınları ilə telefon danışığı zamanı bəzi hissələrdə ingilis dilində danışması olub.
Fazil Qasımov 2023-cü ilin avqustunda Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Hazırda bu iş ayrıca icraata götürülüb.
 
ToplumTV