Gürcüstanda müxalifət və tərəfdarları Tbilisi küçələrində gecə-gündüz etiraz aksiyaları keçirməyə başlayıblar.
Etirazçılar səsvermənin saxtalaşdırıldığı iddiaları fonunda ölkədəki son seçkinin nəticələrini rədd ediblər , hakim “Gürcü arzusu” isə bu ittihamı rədd edib.
Nümayişçilər bazar günü paytaxtın mərkəzi küçələrindən birini bağlayaraq tələbləri yerinə yetirilənə qədər orada qalacaqlarına söz veriblər.
Avropalı seçki müşahidəçiləri Gürcüstanda keçirilən parlament seçkilərini rüşvətxorluq, ikiqat səsvermə və fiziki zorakılıq halları ilə yadda qalan “parçalayıcı” atmosferdə keçdiyini bildiriblər.
ToplumTV
Gürcüstanda müxalifət küçələrində gecə-gündüz etiraz aksiyaları keçirməyə başlayıblar