Təl-Əviv küçələri “Netanyahu istefa” şüarları ilə yenidən üsyana qalxıb

İsrailin paytaxtı Təl-Əvivdə insanlar Qəzzadakı məhbusların mübadiləsi və atəşkəs razılaşması tələbi ilə küçələrə çıxıb. Onlar Müdafiə Nazirliyinin qarşısına toplaşıblar.

Kütlədəki bəzi ünsürlərin baş nazir Benyamin Netanyahunun istefasını tələb edən plakatlar daşıdığı görülüb.

Near East News-un məlumatına görə, israillilərin 69 faizi məhbus mübadiləsi razılaşmasının Qəzzaya hücumlardan daha vacib olduğunu düşünür.

İsrailin aparıcı kanallarından biri olan Kanal 12-nin keçirdiyi sorğuya qatılanların yüzdə 20-si müharibənin davam etdirilməsini dəstəkləsə də, yüzdə 11-i məsələ ilə bağlı qərarsız olduqlarını bildirib.

Oktyabr ayında İsrail Demokratiya İnstitutu tərəfindən daha əvvəl dərc edilmiş başqa bir sorğu, İsrail ictimai rəyinin Livanla müharibə ilə bağlı dərin bölündüyünü ortaya qoyub. Bu sorğuya görə, israillilərin 46,5 faizi Hizbullahla diplomatik həllin əldə olunmasını müdafiə edir.

Digər tərəfdən, israillilərin 43,5 faizi “İsrailin İrana hücumları Tehranın oktyabrın 1-də həyata keçirəcəyi iri ballistik raket hücumuna çox zəif cavabdır” fikridədir.

İşğal altındakı Fələstinin şimalında yaşayan köçkünlər üzərində aparılan başqa bir sorğuda iştirakçıların 70 faizi "evlərinə" qayıtmağı planlaşdırmadıqlarını, 60 faizi isə həyat şəraitlərinin getdikcə pisləşdiyini bildirib.

Həmçinin bildirilib ki, bu məskunlaşanların 20 faizinin hazırda işi yoxdur, 68 faizinin isə dövlətdən heç bir iş yardımı almır. Respondentlərin 35 faizi rəftarlarını qeyri-adekvat hesab etdikləri üçün hökumətə aşağı qiymət verib.