Saxlanıldığı məhbəsdə həyatını itirəndə cəmi 33 yaşı vardı. 18 noyabr 2007-ci ildə vəfat etsə də, ölümü ictimaiyyətə bir həftə sonra açıqlanıb.
Bu, onun ikinci həbsi idi. İlk dəfə isə 28 yaşında dəmir barmaqlıqlar arasına düşmüşdü. İndi Faina Kunqurovanın adı Avropa Şurasının Azərbaycan üzrə siyasi məhbuslar siyahısına daxil edilən birinci qadın kimi çəkilir. Əslində isə o, azadlıq, ədalət və demokratiya uğrunda fəal mübarizə aparan qadınlardan biridir.
2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açılıb. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub. Daha sonra 132-ci maddə 221.3-cü (xuliqanlıq) maddəsi ilə əvəzlənib.
2002-ci ilin aprelin 24-də Kunqurova müstəntiq tərəfindən dindirilməsi üçün çağırılıb.
Siyasi fəal müstəntiqə mitinqə getməyə tələsdiyi üçün vaxtının az olduğunu deyib. Bundan sonra o, polisləri “təhqir etmə” bəhanəsi ilə saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası seçilib. Mayın 4-də azadlığa buraxılmalı olsa da, barəsində açılan cinayət işinə görə 2001-ci ilin martında seçilən “ev dustaqlığı” qərarı “həbs-qətimkan” tədbirinə dəyişdirilib. Həbs qərarından sonra Azərbaycan İnsan Hüquqları Təşkilatları Federasiyası Faina Kunqurovanı siyasi məhbus olaraq tanıyıb və iş üzrə materiallar Avropa Şurasının monitorinq qrupuna göndərilib.
2002-ci il iyulun 18-də Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Faina Kunqurova 3 il müddətinə azadlıqdan məhrum edilib.
İki il sonra, 2004-cü il mayın 10-da beynəlxalq ictimaiyyətin, ilk növbədə, Avropa Şurasının çoxsaylı və israrlı tələblərindən sonra Faina Kunqurova əfv olunaraq azadlığa buraxılıb.
Kunqurova ikinci dəfə – 2007-ci ildə saxlanıldığı Şüvəlan İstintaq Təcridxanasında əsassız həbsinə etiraz edərək aclıq aksiyasına başlayıb. Rəsmi məlumatlarda 18 noyabr 2007-ci ildə Ədliyyə Nazirliyinin Böyükşorda yerləşən Müalicə Müəssisəsində vəfat etdiyi bildirilir, amma bu müəmmalı ölümün səbəbi açıqlanmır.
MeydanTV
Azərbaycanın ilk qadın siyasi məhbusu Faina Kunqurova