Bağdad cümə imamı: Müqavimət şəhidlərinin qanı İsrailin sonunu gətirəcək

Ayətullah Seyid Yasin əl-Musəvi: Müqavimət seyyidi şəhidlər Həsən Nəsrullah və Seyid Haşim Səfiuddinin qanı qəsbkar sionist rejimin sonunu gətirəcək və əminəm ki, vəd edilmiş gün yaxındır və biz düşmənlərimizə qalib gələcəyik”.

Ayətullah Seyid Yasin əl-Musəvi Nəcəfdə Seyid Həsən Nəsrullahın şəhadətinin 40-cı günü münasibəti ilə keçirilən mərasimdəki çıxışında bu sözləri deyib: “Tarix boyu bir çox peyğəmbərlər və övliyalar şəhid olub, bu gün də İraqda və bir çox alim şəhid olub. Onların qanı möminlərin yolunu açdı və Seyid Nəsrullah İmam Mehdinin (ə.f.) zühuru ilə tamamlanacaq bu ilahi layihənin mühüm halqasıdır.

Hədislərdə İmam Mehdinin (ə.f.) zühurundan əvvəl bir çox inqilabların olacağı bildirilir. Zühur əlamətləri arasında üç əlamət var: Seyid Xorasani, Yəmən və Süfyaninin zühuru və təbii ki, başqa zühur əlamətləri də var.

İmam Mehdinin (ə) zühur vaxtı haqqında danışmaq mümkün deyil, lakin bu hadisələrin bəziləri nəyəsə dəlalət edə bilər. Bəzi hadisələri bəzi rəvayətlərə aid edə bilərik. İmam Xomeyni Qumdan başlayaraq tağut rejiminə qarşı inqilaba başladı.

Şiə hökuməti ilə “şiə hökuməti” kimi hökumət qurmaq arasında fərq var, çünki Ali Buya və Səfəvi şiə olub, lakin şiə hökuməti qurmayıblar.

İmam Xomeyninin inqilabı ictihad üzərində qurulmuşdu və bu, şiə hökumətinin qurulmasına işarə, ədaləti təmin etməklə və İslamı yaymaqla İmam Mehdinin (ə.f) razılığını qazandı.

İmam Xomeyninin vəfatından sonra bayrağı İmam Xamenei öz üzərinə götürdü və Allahın izni ilə bu böyük rəhbər Xorasan torpaqlarından çıxan və rəvayətlərdə adı keçən Xorasani olacaq və İlahi, icazəsi ilə o tezliklə Amerikanın və sionizmin bütünü yox edəcək.

Müqavimət seyidləri şəhidlər Həsən Nəsrullah və Seyid Haşim Səfiuddinin qanı qəsbkar sionist rejiminin sonunu gətirəcək və əminəm ki, vəd olunan gün yaxındır və biz düşmənlərimiz üzərində qələbə çalacağıq”.