Türkiyə çempionatının oyunundan sonra futbolçulara silahlı hücum olub

Türkiyənin III Liqasında keçirilən “Büyükçəkməcə Təpəcikspor” – “Darıca Gənclərbirliyi” oyunundan sonra qonaq komandaya silahlı hücum olub.

Hadisə nəticəsində bir neçə futbolçu yaralanıb.

Görüşün ardından “Darıca Gənclərbirliyi”nin tribunada oturan 5 üzvü paltardəyişmə otağına yollanmaq istəyərkən hücuma məruz qalıb. Klub rəsmilərinin müdaxiləsindən sonra qarışıqlıq yaranıb və bəzi futbolçular xəsarət alıblar.

Qeyd edək ki, qarşılaşma “Büyükçəkməcə Təpəcikspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Report