Tbilisi Əhlibeyt məscidinin nümayəndələri Ərbəin zəvvarlarına xidmət göstərir

Az.shafaqna.com xəbər verir ki, əvvəl illərlə nisbətdə bu il Gürcüstandan Ərbən ziyarətinə daha çox insan qatılıb.

Bir məlumata görə, İraqın Gürcüstandakı səfirliyindən alınan viza sayı 500-dən çoxdur, digər məlumatlara görə isə, Ərbəin ziyarətinə 1000-ə yaxın gürcüstanlı qatılıb.

Təbii ki, bu say hər halda çoxdur. Çünki 2022-ci ildə Gürcüstandan Ərbəinə 300-ə yaxın insan qatılmışdı.

Gürcüstan müsəlmanları təkcə bu ənənəvi və beynəxalq tədbirin yürüş hissəsinə qatılmırlar. Onlar həmçinin Nəcəf-Kərbəla yolunda Ərbəin zəvvarlarına yüksək xidmət də göstərirlər.

Bu il Nəcəf-Kərbəla yolunda zəvvarlara xidmət edən 387, 515 və 1053-cü çadır xeymə məhz Gürcüstan müsəlmanları tərəfindən idarə edilir. Bu çadırlarda zəvvarlara isti yemək, su, meyvə və digər ehsan yeməklər təqdim olunur.

1053-cü xeymə çadır Tbilisi (Poniçala-Soqanlıq) Əhlibeyt məscidinin icması tərəfindən qurulmuşdur. Bu möhtəşəm xidmətə rəhbərlik məscidin axundu ilahiyyatçı Hacı Rahid Kərimov edir.

O özü Ərbəinin möhtəşəm yürüşü haqqında belə deyir: “Biz, Gürcüstan müsəlmanları olaraq, bunu deyə bilərik ki, Allah İmam Hüseynin (ə) məhəbbətini bizdən öncəki nəslin qəlbinə salaraq bizim də zamanda bizə nəsib etdi. Biz də öz növbəmizdə çalışırıq ki, bu eşqi gələcək nəsillərə ötürək, bu, bizim üçün şərəfdir.

Burada gördüyümüz kimi, dünyanın hər yerindən Hz. Hüseynin (ə) zəvvarları var, müxtəlif ölkələrin bayraqları ilə yürüş edirlər. Bu, İmam Hüseynin (ə) eşqidir. İmam Hüseynin (ə) eşqi Ərbəində bizi bir yerə toplayıb. Bu yol tozlu torpaqlı yoldur, bu yol əsirlər karvanının simvoludur. Allah bizə bunu çox görməsin”.