Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb

Suriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.

A.Tsıqankov bildirib: "Ötən sutka ərzində Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin səyləri sayəsində 217 nəfər Xoms əyalətində, 124 nəfər Şərqi Qutada öz evinə qayıdıb".

Onun sözlərinə görə, rusiyalı hərbi həkimlər 198-i uşaq olmaqla 326 suriyalıya yardım edib.