Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr iyulda təşkilatın Astanada keçiriləcək sammitində enerji sahəsində əməkdaşlıq strategiyasını təsdiq edəcəklər.
Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Beynəlxalq İqtisadi Forumunda ŞƏT baş katibinin müavini Sohail Xan məlumat verib.
“Bizim ötən il Yeni Delhidə qəbul etdiyimiz 2030-cu ilə qədər iqtisadi əməkdaşlıq strategiyamız var. Həmçinin, bu il tezliklə Astanada təsdiqləyəcəyimiz enerji strategiyasını müzakirə edirik”, - o deyib.
Baş katibin müavini ŞƏT ilə MDB ölkələri arasında əməkdaşlığın, xüsusilə də nəqliyyat sahəsində əlaqələrin böyük perspektivlərinin olduğunu qeyd edib. “Çin, Rusiya, eləcə də Qazaxıstan artıq bütün nəqliyyat növləri sahəsində sovet ittifaqı dövründən qalmış və post-sovet dövründə yaradılmış kifayət qədər inkişaf etmiş infrastruktura malikdirlər, lakin infrastrukturu hələ də təkmilləşdirmək, İran, Hindistan və Pakistan kimi digər ŞƏT üzvləri ilə əlaqələndirmək olar”, - S.Xan əlavə edib.
Qeyd edək ki, təşkilatın növbəti sammiti iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada baş tutacaq.
ŞƏT ölkələri Astanada enerji əməkdaşlığı strategiyasını təsdiq edəcək