Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun siyahısında 130 nəfərin adı var
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısı ilə bağlı press-reliz yayıb. Siyahı 1 sentyabr 2018-ci ilədək olan dövrü əhatə edir.
Yeni siyahıda 130 ad var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.
Qrupun siyasi məhbus kimi tanıdığı 128 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
– 9-u jurnalistlər və blogerlər (Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Əfqan Muxtarlı, Rəşad Ramazanov, Elçin İsmayıllı, Ziya Əsədli),
– 1-i şair və yazıçı (Tofiq Həsənli),
– 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
– 17-si siyasi və ictimai fəallar (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Asif Yusifli, Fuad Əhmədli, Əlikram Xurşudov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov),
– 68-i inanclı fəallar (Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Telman Şirəliyev, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev),
– 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
– 14-ü sosial etirazlarla bağlı tutulanlar (onlardan 1-i 2013-cü il İsmayıllı, 4-ü 2015-ci il Mingəçevir, 10-u 2016-cı il Siyəzən etirazlarına görə tutulanlardır: Vasif İbrahimov, İlkin Abdullayev, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, Kamran Abdullayev, Talıb Ağamaliyev, Elçin Əliyev, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Nizami Qəniyev, Namiq Məstanov, Zaur Şəkərov, Abasət Süleymanov),
– 2-si keçmiş dövlət məmurları (Əli İnsanov və Rüfət Səfərov),
– 3-ü siyasi girovlar (Mübariz Abdullayev, Murad Ədilov, Elnur Seyidov),
– 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Səid Dadaşbəyli, Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev, Emil Möhbalıyev).
İşləri monitorinq altında olanlar bölməsində hələ də 2 nəfər (Emin Saqiyev və Renad Əliyev) qalır. İşçi Qrup həmin işlərlə bağlı yekun qərar vermək üçün hələ də müfəssəl məlumat və sənədlər əldə edə bilməyib.
Hesabat dövründə azadlığa buraxılanlar
İşçi Qrupun 22 mart 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər əfv sərəncamı ilə (David Kərimov, Elşad Rzayev, Valeh Abdullayev, Əliağa Qasımov, Hilal Cabbarov, Fail Şahbazov, Ələkbər Qurbanov, Elnur Fərəcov, Saday Şəkərli), 11 nəfər cəzasının müddəti bitdiyi üçün (Əfqan Sadıqov, Samir Hüseynov, Tərlan Ağadadaşov, Rövşən Allahverdiyev, İlham Hətəmov, Eldəniz Hacıyev, Mötəbər Babayev, Rasim Bünyadov, Əlizöhrab Rüstəmov, Cavanşir Tağıyev, Nəsir Hüseynov), 2 nəfər isə şərti azadlığa buraxılıb (Əziz Orucov və İlqar Məmmədov), 8 nəfər yeni şəxs (Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli) İşçi Qrup tərəfindən siyasi məhbus kimi tanınaraq siyahıya əlavə olunub.
24 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azad edilənlərdən Elnur Fərəcov boğazında sonuncu mərhələ xərçəng xəstəliyi olduğu üçün azadlığa buraxılıb. O, həbsdə olarkən yalnış diaqnozla müalicə olunub, daha sonra xəstələyinin xərçəng olduğu bəlli olub; bununla belə, müalicəsi aşağı səviyyədə davam etdirilib və xəstəliyin irəliləmiş mərhələsində o, həbsdən azad edilib. Azadlığa buraxılandan təxminən 2 ay yarım sonra – 9 avqust 2018-ci ildə vəfat edib.
Əfv sərəncamı ilə azadlığa buraxılan digər siyasi məhbusların əksəriyyəti həbs müddətlərinin bitməsinə az qalmış azad ediliblər. Azad edilənlərdən Əliağa Qasımovun həbs müddətinin bitməsinə 9 gün, Ələkbər Qurbanovun 12 gün, David Kərimovun və Elşad Rzayevin 2 ay, Fail Şahbazovun 3 ay, Hilal Cabbarovun isə 6 ay qalmışdı.
Siyasi məhbuslar faktiki olaraq vəkillərsiz qalıblar
İşçi Qrup Siyahı üzərində iş zamanı onunla əməkdaşlıq edən, siyasi məhbuslar haqqında məlumatların toplanmasında, sənədlərin əldə edilməsində onlara kömək edən vəkillərə öz minnətdarlığını bildirir. 2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, İşci Qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 22 noyabr 2017-ci ildə İşçi Qrup ilə əməkdaşlıq edən Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə qərar verənədək Y.İmanovun vəkillik fəaliyyətini dayandırıb. Eyni qurumun 22 yanvar 2018-ci il tarixli qərarı ilə Fəxrəddin Mehdiyevin, 23 aprel 2018-ci il tarixli qərarı ilə Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb.
Avropa Şurasında siyasi məhbus problemi ilə bağlı müzakirələr
24 aprel 2018-ci ildə Niderlanddan olan deputat Pieter Omtzigt başda olmaqla, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifi ilə çıxış ediblər. Onlar bunun səbəbi kimi 2013-cü ildə AŞPA-nın Almaniyadan olan deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatın qəbul edilməməsində korrupsiya şübhələrinin güclü olduğunu göstəriblər. Deputatlar bu şübhələrin əsası kimi AŞPA-da korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun yaydığı sənədə istinad ediblər. Assambleyanın Prosedur Komitəsi AŞPA Deputatlarının Davranış Kodeksini pozduqları üçün bu sənəddə adı keçən 4 şəxsə – İspaniyalı deputat Pedro Aqramunta 10 il, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin rəhbəri Səməd Seyidova, Rumıniyalı deputat Sezar Florin Predaya və İspaniyalı deputat Jordi Xuclaya 2 il müddətinə sanksiya tətbiq edib. Bu müddət ərzində onlar məruzəçi təyin edilmək, həlledici postlara namizəd olmaq, seçkiləri müşahidə etmək də daxil bir çox hüquqlardan məhrum ediliblər.
31 may 2018-ci ildə AŞPA Bürosu Pieter Omtzigtin başçılıq etdiyi deputat qrupunun təklifini qəbul edib. 25 iyun 2018-ci ildə Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib; o, Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlamalıdır.
Ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur
İşçi Qrup hər dəfə olduğu kimi, bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı Siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir.
Siyahını ölkənin tanınmış hüquq müdafiəçiləri, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri imzalayıblar.
Medianın sualları ilə bağlı İşçi Qrupun əlaqələndiriciləri Rəsul Cəfərova və İntiqam Əliyevə müraciət edə bilərlər (resul.j@gmail.com və intigamaliyev@yahoo.com).
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup
azadliq.info
Siyasi məhbusların yenilənmiş siyahısı

Oxşar xəbərlər