"Ədalət naminə həmrəylik" Komitəsinin üzvləri ölkə hakimiyyətini siyasi məhbuslar problemini həll etməyə, cəmiyyətdəki gərginliyi və beynəlxalq ictimaiyyətin tənqidini aradan qaldırmağa çağırıb. Bu barədə bu gün komitənin iclasında bildirilib.
"Biz bütün siyasi məhbusların taleyindən narahatıq, amma 6 ildir həbsə olan, orada təzyiqə məruz qalan gənc fəal İlkin Rüstəmzadənin taleyi xüsusi narahatlıq doğurur", deyə komitənin bəyanatında bildirilir.
Bəyanat müəllifləri həmçinin ReAl partiyasının lideri İlqar Məmmədova bəraət verərək, onu azad etməyə çağırır.
"Yalnız bu addımla hakimiyyət Məmmədovun altı il əsassız və qanunsuz olaraq həbsdə saxlanması ilə bağlı biabırçılığı təmizləyə bilər. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) iki qərarı ilə təsdiq edilib".
Sənəd müəllifləri 11 illik həbs cəzası çəkdikdən sonra əlavə 7 il həbs cəzası alan keçmiş səhiyyə naziri Əli İnsanovu, habelə digər siyasi məhbusları - Fikrət Fərəməzoğlu, Rəşad Ramazanov, Məmməd İbrahim, Asif Yusifli və başqalarını da azad etməyə çağırırlar.
Komitə həbsdə olan bloger Mehman Hüseynovun ölüm ayağında olan anası ilə vidalaşmaq üçün buraxılmamasını tənqid edib. "Cəmiyyət Mehman Hüseynovun humanizm prinsiplərindən irəli gələrək əvf olunmasını alqışlayardı", deyə bəyanatda bildirilir.
Komitə hakimiyyəti bir il əvvəl dövlətə xəyanət və casusluq ittihamı ilə bir qrup zabitin əsassız həbsini, onlara ölümcül işgəncə verilməsini araşdırmağa çağırıb.
Komitə həmçinin Gəncə hadisələrini işıqlandıran bir sıra saytların bloklanmasını, jurnalistlər Mustafa Hacıbəyli və Pərviz Həşimlinin təqibini pisləyib.
İndi saytlara qarşı yeni dalğa başlayır. Dünən Rabitə Nazirliyinin təklifi ilə az24saat.org.az saytı bloklanıb. Həmçinin, bir sıra sayta qarşı iddia verilib. Bu məntiqə sığmayan addımlar beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirir.
Bu əməllərin təşəbbüskarı olan məmurları müəyyən edib cəzalandırmaq lazımdır.
Azərbaycanda mətbuat azadlığının sərhədləri genişləndirilməlidir və bu sahəyə bir sıra məmurların nəzarətindən xilas olmaq lazımdır, deyə bəyanatda bildirilir.
* "Ədalət naminə həmrəylik" komitəsinə vətəndaş cəmiyyətinin məşhur fəalları və jurnalistlər - Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mehman Əliyev, Əvəz Zeynallı, Hilal Məmmədov, Elşən Həsənov, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Elçin Məmməd, Aytəkin İmranova və başqaları daxildir.
contact.az
Vətəndaş cəmiyyəti hakimiyyəti siyasi məhbusları azad etməyə çağırıb

Oxşar xəbərlər