Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiriləcək.
Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri gedir.
T.Budaqov qeyd edib ki, bu ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib: "Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir".
Trend
Əhali yenidən siyahıya alınacaq
Oxşar xəbərlər