"Siyasi Məhbuslarsız Azərbaycan" ictimai alyansının əlaqələndiricilərindən biri, hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məlumatlı mənbəyə istinadən bildirib ki, siyasi məhbusların azad edilməsi məsələsi ölkə rəhbərliyində prezident İlham Əliyevin iştirakı ilə müzakirə predmeti olub.
Müzakirələrin yekunlarına görə dövlət başçısı geniş amnistiya keçirmək tapşırığı verib. Amma amnistiyanın istisnasız bütün siyasi məhbusları əhatə edib etməyəcəyi məlum deyil.
Bu arada, Turan agentliyi etimad doğuran mənbələrdən çox sayda siyasi məhbusun azad edilməsi üzrə tədbirlərin və addımların hazırlandığının təsdiqini alıb. Söhbət məhkəmə qərarlarından və ya avqustun 22-də qeyd ediləcək Qurban Bayramına həsr olunmuş böyük əvfdən gedir.
Bu qərarın qəbulunda Əliyevin bu yaxınlarda Fransaya səfəri zamanı keçirdiyi görüşlər və bir müddət əvvəl Brüsseldə Avropa İttifaqı rəhbərliyi ilə apardığı danışıqlar böyük rol oynayıb.
"Siyasi Məhbuslarsız Azərbaycan" alyansının siyahılarına görə, hazırda Azərbaycanda 160-dan çox insan siyasi motivli ittihamlarla həbs və ya mühakimə edilib, deyə Gülalıyev yazır.
Vətəndaş Cəmiyyətinin siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupunun məlumatına görə, siyasi məhbusların sayı 128-dir.
Bu zaman hüquq müdafiəçilərinin hələlik Gəncədə iyul iğtişaşları və Silahlı Qüvvələrdə "casusluq işləri" ilə bağlı həbs edilənlərin işlərinə çıxışı yoxdur.
Siyasi işlərlə bağlı vətəndaşların təqibinə görə Azərbaycan hakimiyyəti hər zaman beynəlxlaq təzyiqlə qarşılaşıb. Bakının müntəzəm olaraq problemin həll ediləcəyi ilə bağlı vədlərinə baxmayaraq, bu vədlər yerinə yetirilməyib.
Hakimiyyətin güclü bəyanatlarına baxmayaraq, bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı siyasi məhbusların əksəriyyətinin azad edilməsi ümidləri də doğrulmadı.
Öz növbəsində, jurnalist Xədicə İsmayılova yaxın günlərdə əvf hazırlanması haqqında məlumatın reallığına inanmır.
Siyasi məhbuslar məsələsi artıq beynəlxalq demokratik ictimaiyyətin Azərbaycanla münasibətlərində müəyyən qırmızı xəttə çevrilib və hakimiyyətə böyük ziyan vurur. Aydın olub ki, siyasi məhbusların azad edilməsi üzrə əsaslı addımlar atılmasa, bu, Bakının Qərblə münasibətlərində ciddi narahatlıq yaradacaq.
Bununla belə, AŞPA və Avropa Şurasının digər qurumlarında bu məsələ yenidən aktuallaşıb.
Digər tərəfdən, Cənubi Qafqazda son hadisələr fonunda Azərbaycanın demokratik dəyərlərə ən az qonşuları qədər sadiq olduğunu nümayiş etdirmək üçün real addımlara ehtiyacı var. -06D-
Yaxın günlərdə siyasi məhbuslar azad ediləcək?

Oxşar xəbərlər