Sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur Evarsdottirin Oqtay Gülalıyevlə görüşüb.
Amerikanın Səsinin verdiyi xəbərə görə, görüşdə ölkədəki siyasi məhbus problemi ətrafında fikir mübadiləsi aparılıb.
"Siyasi məhbuslar üzrə məruzəçiylə ölkəmizdə insanların siyasi və saxta motivlərlə şərlənib həbs olunması, təqiblərə və ağır işgəncələrə mətuz qalması, eləcə də Gəncə və Tərtər hadisələri barədə məlumatları bölüşdüm. Səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini bildirən qonaq bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söylədi. İnanıram ki, məruzəçi ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Və bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhvə verəcək,” - hüquq müdafiəçisi feysbuk hesabında yazıb.
Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri İslandiyadan olan deputat Thorhild Sunna 2018-ci il iyunun 25-də "Azərbaycandakı siyasi məhbuslar"üzrə məruzəçi seçilib.
Deputat Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlayıb Avropa Şurası Parlament Assambleyasına təqdim etməlidir. Onun bundan öncə Azərbaycana səfəri təxirə salınıb.
Siyasi məhbuslar üzrə məruzəçi hüquq müdafiəçisi ilə görüşüb
Oxşar xəbərlər