Siyasi məhbus, AXCP funksioneri Elxan Əliyevin səhhəti kəskin pisləşib

Vəkil Nemət Kərimli saxlandığı istintaq təcridxanasında Elxan Əliyevlə görüşüb. Bəli olub ki, Keçən noyabrın 3-də, Elxan Əliyevin sinəsinin sol tərəfininin arxa və ön hissəsində kəskin ağrılar olub. Həkim çağırılıb, müayinə edildikdən sonra kürəyinin sol tərəfində yanma izi kimi qara-qırmızı ləkə aşkar edilib və həkim Elxan bəyə miokard infarkt keçirdiyini bildirib. Onu daha sonra başqa bir həkim müayinə edib və eyni sözləri deyib.
Bu hadisə sosial şəbəkələrdə ictimailəşəndən sonra, Elxan Əliyevi tibbi bölməyə aparıb, exokardioqramma etdikdən sonra, infarkt keçirmədiyini bildiriblər.
Hazırda Elxan Əliyev yüksək təzyiqdən və kəskin başağrısından əziyyət çəkir. Buna baxmayaraq həkim müayinəsinə götürülmədiyini bildirib.
 
Azadlıq Qəzeti