Ramazan ayı boyunca İndoneziyada gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

İndoneziyanın Cənubi Sumatra əyalətinin bir sıra rayonlarında müqəddəs Ramazan ayı ərzində əyləncə müəssisələrinin, spirtli içki mağazalarının və masaj salonlarının işinə müvəqqəti qadağa qoyulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Muara vilayətinin polis rəisinin sözlərinə görə, belə bir qadağa hər il müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində tətbiq edilir.

Polis rəisi izah edib ki, qadağa barların, diskotekaların, gecə klublarının, masaj salonlarının, eləcə də spirtli içkilərin satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin fəaliyyətini əhatə edir.

Qadağaya əlavə olaraq, ərzaq mağazaları və iaşə obyektlərinin pəncərələrinə pərdələrin vurulması əmr edilir ki, gündüz saatlarında yemək yeyən insanlar oruc tutan müsəlmanları qıcıqlandırmasınlar.

Xatırladaq ki, 2023-cü ildə müqəddəs Ramazan ayı martın 23-dən aprelin 21-dək olan tarixlərə təsadüf edir.