PKK özünün ləğvini elan etdi

Mayın 12-də PKK (Kürdüstan Fəhlə Partiyası) rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlayıb. 

“Reuters” agentliyi yazır ki, bu qərar təşkilatın 5-7 may tarixlərində İraqın şimalında keçirilən 12-ci qurultayında qəbul edilib. 

Bu addım təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın əvvəlki çağırışları və 2025-ci ilin martında elan edilən birtərəfli atəşkəsdən sonra atılıb. 

Öcalan təşkilatın ləğvini və sülh prosesinin başlanmasını təşviq etmişdi. 

Türkiyə rəsmilərinin və beynəlxalq ictimaiyyətin bu qərarı ehtiyatla qarşılayacağı gözlənilir.

Öcalan PKK-nı 1978-ci ildə təsis edib.

Təşkilat 1984-cü ildə müstəqil kürd dövləti yaratmaq məqsədilə Türkiyəyə qarşı qiyama başlayıb.

Daha sonra kürdlərin hüquqları, Türkiyənin cənub-şərqində məhdud muxtariyyət uğrunda vuruşub.

Bu münaqişədə əksəri silahlılar olmaqla azı 40 min insan öldürülüb.