İsrail bir gün ərzində Qəzzaya 60 hava zərbəsi endirib

İsrail Ordusu son 24 saat ərzində Qəzza zolağında 60 obyektə hava zərbələri endirib.

Bu barədə İsrailin mətbuat xidməti məlumat yayıb.

Məlumatda təyyarələr yeraltı və yerüstü infrastruktur obyektlərini sıradan çıxardığı iddia edilib.

İsrail artıq müntəzəm olaraq bu tip bəhanələrlə Qəzzanı bombalamağa davam edir. O hətta qaçqın çadırlarını da eyni bəhanə ilə oda tutur.