Qəzzada qətlə yetirilən uşaqların sayı 1524-ə çatdı

İsrailin davam edən bombardmanları nəticəsində Qəzza sektorunda qətlə yetirilən dinc fələstinlilərin sayı 3785 nəfərə çatıb.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Qəzza sektorundakı Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Qudra məlumat verib.

Qeyd edilib ki, öldürülən günahsız fələstinlilərin 1524-nü uşaqlar, 1000-ni isə qadınlar təşkil edir.

İsrailin hücumlarında yaralananların sayı isə 12493 nəfərə çatıb. Xəsarət alanlarında isə 3983-ü uşaq, 3300-ü isə qadındır.