Qəzzada BMT-nin 88 əməkdaşı həlak oldu

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında müharibənin başlamasından bəri Qəzza zolağında BMT-nin 88 əməkdaşı həlak olub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb. 

Bu, BMT-nin indiyədək bir münaqişədə qeydə alınmış ən böyük itkisidir.